BAKI, 25 avqust. TELEQRAF
“ABŞ müdafiə xərclərini artırmaq öhdəliklərini yerinə yetirməyən bütün NATO ölkələrinə təzyiqləri davam etdirəcək”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin alyansdakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
“Hər bir müttəfiqin öz müdafiəsinə investisiya yatırmaq məsuliyyəti var. Müttəfiqlər Prezident Donald Trampın rəhbərliyi altında bu istiqamətdə irəliləyiş əldə ediblər. Bunu bacarmayanlara təzyiq göstərməyə davam edəcəyik”, - o, “Fox News”a verdiyi müsahibədə bildirib.
Uitaker vurğulayıb ki, bu məsələdə ABŞ üçün NATO ölkələrinin alyansın şərq cinahına yaxınlığı önəm daşımır. Onun fikrincə, coğrafi mövqeyindən asılı olmayaraq bütün ölkələr müdafiəyə yatırımları artırmalıdır.