CƏLİLABAD, 19 avqust. TELEQRAF

Cəlilabadda ürəyi tutan sürücü qəza törədərək dünyasını dəyişib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda baş verib.

Cəlilabad şəhər sakini, 53 yaşlı Sakit Abidinov idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən qəfil ürəyi tutub.

Nəticədə sürücünün idarəetməsindən çıxan avtomobil yol kənarında düşüb. Hadisə zamanı Sakit Abdinov həyatını itirib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.