BAKI, 19 avqust. TELEQRAF
Göygölün Aşağı Zurnabad qəsəbəsində yerləşən “Çiçəkli” Su Elektrik Stansiyasında istismara verildiyi tarixdən cari ilin iyul ayınadək 70,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Teleqraf-a Energetika Nazirliyindən bildirilib.
Məlumata görə, su elektrik stansiyaları bərpa olunan enerji istehsalının artırılması, yerli su ehtiyatlarından səmərəli istifadə və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, 3 MVt gücündə olan “Çiçəkli” SES 2017-ci ilin avqustun 19-da Göygölun Aşağı Zurnabad qəsəbəsində yenidənqurmadan sonra istifadəyə verilib.