BAKI, 18 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Abraham Hamadeyi qəbul edib.
Teleqraf xəbər verir ki, Baş nazir Ermənistan-ABŞ münasibətlərinin ardıcıl inkişafını vurğulayaraq, son dövrlərdə onların dinamik olduğunu bildirib.
Nikol Paşinyan ikitərəfli əməkdaşlığın zəngin gündəliyinin ardıcıl şəkildə təşviq edilməsinin vacibliyini və Ermənistan-ABŞ əlaqələrinin həm siyasi, həm iqtisadi, həm də texnoloji sahələrdə genişlənməyə davam edəcəyinə əminliyini bildirib.
Abraham Hamadey isə Ermənistan və Azərbaycan arasında sülh prosesinə toxunub.
Həmsöhbətlər regional proseslər, eləcə də “Tramp marşrutu” (TRIPP) layihəsinin icrası ilə bağlı məsələlər barədə də fikir mübadiləsi aparıblar.