BAKI, 18 avqust. TELEQRAF

Ukraynanın Dnepropetrovsk vilayətinin Sinelnikovsk rayonunun daha 16 yaşayış məntəqəsindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat yayıb.

“Sinelnikovsk rayonunda yerləşən Nikolayevsk, Petropavlovsk və Ukrainsk icmalarının daha 16 yaşayış məntəqəsindən məcburi təxliyə elan etdik. Ailələr bir ay ərzində oradan çıxmalıdır”, - o bildirib.

İyul ayında da Sinelnikovsk rayonunun 10 kəndindən uşaqlı ailələrin məcburi təxliyəsi elan olunmuşdu.