BAKI, 18 avqust. TELEQRAF
Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan Hindistanın müdafiə katibi Rajeş Kumar Sinqlə görüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığına, xüsusilə də hərbi-texniki əməkdaşlığa dair məsələlər müzakirə olunub.