BAKI, 18 avqust. TELEQRAF
Suriya Xarici İşlər Nazirliyi İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İdlib əyalətindəki hərbi aerodroma endirdiyi zərbələri “əsassız təcavüz” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Bəyanatda deyilir: “Suriya Ərəb Respublikası İsrailin İdlibdəki Əbu Dühur hərbi aerodromuna hava hücumlarını ən sərt şəkildə pisləyir və onları əsassız təcavüz aktı, Suriyanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması və regionda təhlükəsizlik və sabitliyə təhdid yaradan təhlükəli eskalasiya hesab edir”.
Rəsmi Dəməşq İsraili eskalasiyanı təhrik etmək və Yaxın Şərqdə sabitliyin gücləndirilməsi səylərini pozmağa cəhddə günahlandırıb.