BAKI, 18 avqust. TELEQRAF

Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Giorgi Kajaya istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Hazırkı mərhələdə bu vəzifə boşdur. Cənab Kajaya bu vəzifəni öz istəyi ilə tərk edib”, - Kobaxidze brifinqdə keçmiş xüsusi nümayəndənin Rusiya ilə görüşlər keçirib-keçirməməsi ilə bağlı suala cavab olaraq bildirib.