BAKI, 18 avqust. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətindəki hərbi aerodroma zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Syria TV” mənbələrə istinadla məlumat yayıb.

Hücumlar nəticəsində aerodroma maddi ziyan dəyib. Mülki şəxslər arasında itkilər barədə məlumat verilməyib.

“Al Arabiya” bundan əvvəl İdlibdə yerləşən Əbu Dühur hərbi aerodromuna naməlum təyyarələrin bir neçə dəfə zərbə endirdiyini bildirmişdi. Hücum zamanı uçuş-enmə zolağı və anbarlar hədəfə alınıb.