BAKI, 4 avqust. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian vəzifəsindən istefa verməyi planlaşdırmadığını açıqlayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə iddiaların doğru olmadığını bildirib.

“Mən prezident vəzifəsindən istefa verməyəcəm”, - Pezeşkian vəzifəsini yerinə yetirməyə davam edəcəyini vurğulayıb.