BAKI, 4 avqust. TELEQRAF

Yəmənin “Ənsarallah” Hərəkatı (Husilər) ilə İranın İraqda dəstəklədiyi silahlı qruplaşmalar Cərf əs-Səxr bölgəsində birgə əməliyyat mərkəzi yaradıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Qeyd edilib ki, mərkəzdə dronlar üzrə mütəxəssislərinin yerləşdirilməsi və İraq ərazisindən zərbələrin endirilməsi imkanlarının mövcudluğu pilotsuz uçan aparatlar və raketlərin İsrailə çatma müddətini azalda bilər.

Mənbə bildirib ki, husilərlə İraqdakı silahlı qruplaşmalar arasında əməkdaşlıq artıq siyasi koordinasiya çərçivəsini aşaraq daha geniş xarakter alıb. Nəşrin yazdığına görə, tərəflər artıq İraq ərazisində birgə əməliyyat mərkəzi yaradıblar.

Məlumata əsasən, birgə fəaliyyət əsasən Babil vilayətinin Cərf əs-Səxr bölgəsində cəmləşib. Həmin ərazi uzun illərdir İranın İraqda dəstəklədiyi proksi qüvvələrin sığınacaq məntəqələrindən biri hesab olunur.