BAKI, 23 iyul. TELEQRAF
“Güclü Ermənistan” blokundan deputatlığa namizəd Narek Karapetyan barəsində qətimkan tədbiri olaraq ölkəni tərk etməmək haqqında qadağa seçilib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan məlumat verilib.
Həmçinin onun barəsində 1 milyard dram məbləğində girov cərimə təyin edilib.
Xatırladaq ki, dünən Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun Narek Karapetyanın toxunulmazlığının ləğv edilməsi və barəsində cinayət işinin başlanılması ilə bağlı təqdimatına baxıb. Mərkəzi Seçki Komissiyasının razılığını aldıqdan sonra prokuror Narek Karapetyan barəsində cinayət işi başladıb.
Narek Karapetyan “zor tətbiq etməklə və ya hədələmə yolu ilə şəxsləri mitinqdə iştiraka məcbur etmək” və “külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması (çirkli pulların yuyulması)” maddələri ilə ittiham olunur.