BAKI, 23 iyul. TELEQRAF
ABŞ Ukraynadakı münaqişənin nizamlanmasına öz töhfəsini vermək istəyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib.
"Biz sülh sazişi istəyirik. Müharibənin başa çatmasını istəyirik. Müharibənin başa çatmasında hər hansı mümkün müsbət rol oynamağa hazırıq. Müharibənin bitməsi üçün Rusiya və Ukraynanın nizamlanma şərtləri ilə razılaşması zəruridir", - o qeyd edib.