BAKI, 15 iyul. TELEQRAF

Fars körfəzi regionundan gündəlik neft tədarükünün həcmi təxminən 15 milyon barel təşkil edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt CNBC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, son günlər neft axını əvvəlki həftənin orta göstəricisinə yaxın olub. Hazırda Hörmüz boğazından sutkada 10 milyon bareldən bir qədər az neft daşınır.

Kris Rayt qeyd edib ki, boru kəmərləri ilə nəql edilən əlavə həcmlər də nəzərə alındıqda, Fars körfəzi regionundan gündəlik ümumi neft tədarükü təxminən 15 milyon barelə çatır.

Nazir əlavə edib ki, İranla münaqişə başlamazdan əvvəl bu göstərici sutkada təxminən 20 milyon barel idi.