BAKI, 27 avqust. TELEQRAF
Qızılın qiymətində volatillik davam edir.
Teleqraf xəbər verir ki, Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.
COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 26 dollar artaraq 4.620 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.37% bahalaşaraq 69.03 ABŞ dolları təşkil edib.