BAKI, 12 iyul. TELEQRAF

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan "Yaşıl Enerji Dəhlizi" layihəsinin Avropa İttifaqının prioritet layihələri siyahısına daxil edilməsini təklif ediblər.

Teleqraf xəbər verir ki, bu barədə dörd ölkənin Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanladıqları birgə məktubda bildirilib.

Məktubda "Yaşıl Enerji Dəhlizi" layihəsinin artıq Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik kabeli kimi Aİ-nin ümumi maraq doğuran layihələri siyahısına daxil edilməsi xahiş olunur.

Bildirilib ki, layihənin texniki-iqtisadi əsaslandırması artıq tamamlanıb və bu mərhələdən sonra layihə rəsmi şəkildə inkişaf fazasına keçib.

Bakıda keçirilən nazirlər görüşündə isə layihənin növbəti iki il üzrə fəaliyyət planı və büdcəsi təsdiqlənib.