BAKI, 19 iyun. TELEQRAF

Bu həftə Bakıda keçirilən tədbirlər çərçivəsində təxminən 3 milyard ABŞ dolları dəyərində sazişlər imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyasının (ITFC) baş icraçı direktoru Adeb Yusif Al-Amani Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarının yekun mətbuat konfransında deyib.

O qeyd edib ki, 2025-ci ildə ITFC ticarət maliyyələşdirilməsi üzrə 9,3 milyard ABŞ dolları həcmində əməliyyatı təsdiqləyib:

“Bu, təşkilatın tarixində ən yüksək illik göstəricidir.

Bakıda imzalan sazişlərə bir sıra üzv ölkələrlə yeni çərçivə razılaşmaları daxildir. Həmin sənədlər qarşıdakı dövrdə həm ticarət maliyyələşdirilməsi, həm də ticarətin inkişafı sahəsində əməkdaşlığın əsasını qoyacaq.

Bununla yanaşı, regiondakı tərəfdaş maliyyə institutları ilə özəl sektorun və kiçik və orta sahibkarlığın ticarət maliyyələşdirilməsi ehtiyaclarını dəstəkləmək məqsədilə yeni maliyyə sazişləri də imzalanıb”.