BAKI, 19 iyun. TELEQRAF

Azərbaycanda suveren sukuk emissiyası ilə bağlı Azərbaycan Mərkəzi Bankı və İslam İnkişaf Bankı Qrupunun iştirakı ilə müvafiq məsləhətləşmələr aparılır. Hazırda bu məsələ qiymətləndirmə və təhlil mərhələsindədir.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarının yekun mətbuat konfransında deyib.

“Ümumilikdə siyasətimiz Azərbaycandakı iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarını genişləndirməyə yönəlib. AAA kredit reytinqinə malik olan İslam İnkişaf Bankı Qrupunun təqdim etdiyi imkanlar, eləcə də ticarət, investisiya və biznesin dəstəklənməsi məqsədilə fəaliyyət göstərən ICD, ICIEC və digər qurumların alətləri ölkəmizin maliyyə institutları, şirkətləri və ümumilikdə biznes ekosistemi üçün böyük imkanlar yaradır”, - deyə nazir qeyd edib.