BAKI, 19 iyun. TELEQRAF
Azərbaycanın su ehtiyatlarının məhdud olması və transsərhəd sulardan yüksək asılılığı nəzərə alındıqda, tullantı sularının düzgün təmizlənməsi ölkə üçün əlavə su mənbəyi deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O qeyd edib ki, su və tullantı suları infrastrukturu sadəcə infrastruktur layihəsi kimi yox, daha geniş nəticələri olan sistem kimi qiymətləndirilir:
“Bu, ətraf mühitin yaxşılaşmasına, ictimai sağlamlığa, sosial rifaha təsir edir və eyni zamanda alternativ su resursları yaradır”.