BAKI, 19 iyun. TELEQRAF

Türkiyə gələn il oktyabrın 4–8-də Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının (IWRA) Dünya Su Konqresinin 20-ci sessiyasına ev sahibliyi edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Ebubekir Gizligider İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirəsində deyib.

“İstanbulda keçiriləcək bu konqres su, səhiyyə, kənd təsərrüfatı, ətraf mühit, maliyyə və inkişaf icmalarını praktik həllər ətrafında bir araya gətirmək üçün mühüm fürsət olacaq”, - deyə o qeyd edib.