BAKI, 19 iyun. TELEQRAF

Orta Dəhliz kontekstində rəqəmsal transformasiyanın sürətləndirilməsi olduqca vacibdir.

Teleqraf xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Regional Əməkdaşlıq və İnteqrasiya Bölməsinin Direktoru Conq-vu Kanq İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu, gömrük prosedurlarının sadələşdirilməsinə və müxtəlif sərhədlər arasında qarşılıqlı işlək tranzit sisteminin təmin edilməsinə imkan yaradacaq:

“Rəqəmsal transformasiya sərhəd prosedurlarının sadələşdirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması, qabaqcadan qərarvermə, əvvəlcədən bəyannamənin təqdim edilməsi və elektron bəyannamələrin tətbiqi baxımından böyük əhəmiyyət daşıyır. Çünki parçalanmış və kağız əsaslı proseslər Orta Dəhlizin tam potensialının reallaşdırılmasına imkan verməyəcək”.