BAKI, 19 iyun. TELEQRAF
Mikayıl Cabbarov İslam İnkişaf Bankı (IsDB) Qrupunun Müdirlər Şurasına sədrliyi Burkina Faso nümayəndəsinə təhvil verib.
Teleqraf xəbər verir ki, Bakıda keçirilən IsDB Qrupunun İllik Toplantısı çərçivəsində sədrliyin təhvilvermə mərasimi baş tutub.
İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının hazırkı sədri Mikayıl Cabbarov səlahiyyətlərini Burkina Faso nümayəndəsinə təhvil verib.
Şuranın müvafiq qətnamələrinə əsasən, IsDB Qrupunun 52-ci İllik Toplantısının Müdirlər Şurasına Burkina Faso sədrlik edəcək.