BAKI, 18 iyun. TELEQRAF

İslam İnkişaf Bankı olaraq biz üzv ölkələrdə yenidənqurma və inkişafla bağlı yaranacaq müsbət tələbatı qarşılamağa hazırlaşırıq.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cəssir İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan müzakirə zamanı deyib.

“Düşünürəm ki, regionumuzdakı hamı elə bir günün gəlməsini arzulayır ki, yeganə narahatlığımız iqtisadi inkişaf olsun. Bu, bizim ən yaxşı bacardığımız işdir.

Biz uzun müddətdir belə bir dövrü gözləyirik. Həddindən artıq çox enerji, çox resurs və çox insan həyatı lazımsız yerə itirilib.

Ümid edirəm ki, həmin gün uzaqda deyil”.