BAKI, 18 iyun. TELEQRAF

Bu günədək İslam İnkişaf Bankı 50 milyard ABŞ dollarından çox həcmdə sukuk emissiyası həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cəssir İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan müzakirə zamanı deyib.

O qeyd edib ki, bunun 5 milyard ABŞ dollarını yaşıl sukuklar təşkil edir:

“Bu alətlərə investor tələbi son dərəcə yüksək olub. Bildiyiniz kimi, İslam İnkişaf Bankı bir sıra amillər sayəsində, o cümlədən belə maliyyə alətlərinə malik olduğuna görə, AAA kredit reytinqi əldə edib”.