BAKI, 18 iyun. TELEQRAF
İslam İnkişaf Bankı Azərbaycanda ümumi dəyəri 1,3 milyard ABŞ dollarından çox olan layihələri maliyyələşdirib. Hazırda isə, xüsusilə Qarabağın işğaldan azad edilməsindən sonra bu əməkdaşlığı daha da sürətləndiririk.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cəssir İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan müzakirə zamanı deyib.
O qeyd edib ki, Qarabağa iki dəfə səfər edib:
"Orada həyata keçirilən işlər həqiqətən çox təsirlidir. İlk maliyyələşdirdiyimiz layihə Qarabağda su təchizatı və suvarma sistemi ilə bağlı idi.
Hazırda isə dəyəri 430 milyon ABŞ dollarından çox olan daha böyük layihə həyata keçirilir.
Bu layihə bütün kanal sisteminin yenidən qurulmasını nəzərdə tutur ki, su səmərəli paylansın və köhnəlmiş infrastrukturda yaranan çatlar səbəbindən itkilərə yol verilməsin.