BAKI, 18 iyun. TELEQRAF
Qafqaz və Mərkəzi Asiya regionunda siyasi maneələrin hamısı və ya böyük əksəriyyəti aradan qaldırılıb və indi ölkələr yalnız özlərinə deyil, bütövlükdə regiona fayda verən transformasiya layihələri həyata keçirirlər.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cəssir İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan müzakirə zamanı deyib.
M. S.Əl-Cassir regionda hidroenerji stansiyalarının tikintisinin genişləndiyini misal gətirib:
“Bu, bölgənin elektrik enerjisi ilə təminatını gücləndirməklə yanaşı, hidroenerji layihələri sayəsində su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə də imkan yaradır. Nəticədə kənd təsərrüfatı da inkişaf edir.
Lakin bundan da vacibi odur ki, bu layihələrin faydasını maksimum səviyyəyə çatdırmaq üçün ölkələr qonşuları ilə əməkdaşlıq etməlidirlər”.