BAKI, 18 iyun. TELEQRAF

Azərbaycan və paytaxt Bakı həqiqi iqtisadi sıçrayışa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cəssir İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan müzakirə zamanı deyib.

O qeyd edib ki, bunu görmək üçün uzağa getmək lazım deyil: “Bakıda artıq ciddi və konstruktiv inkişafın getdiyini görmək mümkündür. Bakı və ümumilikdə Azərbaycan transformasiya və inkişafın necə mümkün olduğunu göstərir. Sovet dövrü artıq arxada qalıb. İndi bu torpağın insanları öz ölkələrini gələcək nəsillər üçün inkişaf etdirməlidir. Məncə, Bakının timsalında Azərbaycan göstərir ki, inkişaf impulsu çox güclüdür”.