BAKI, 18 iyun. TELEQRAF

2026-cı ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə 10 milyon 556,4 min ton neft (nəqletmənin 76,8 faizi) ötürülüb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 82,4 faizini (8 milyon 700 min ton) Azərbaycanda hasil edilən neft, 17,6 faizini (1856,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.