BAKI, 18 iyun. TELEQRAF

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.320 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.93% bahalaşaraq 69.20 ABŞ dolları təşkil edib.