BAKI, 17 iyun. TELEQRAF

İnkişaf yoluna yeni başlayan bir çox ölkələr kimi Azərbaycan da ilkin mərhələdə daha qısa müddətdə gəlir gətirən sahələrə – ticarətə və maliyyə vasitəçiliyinə üstünlük verib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Dialoqda çıxışı zamanı deyib.

“Lakin hazırda hökumətin təşviq etdiyi sənayeləşmə siyasətinin özəl sektor tərəfindən fəal şəkildə dəstəkləndiyini müşahidə edirik.

Biz hesab edirik ki, uzunmüddətli perspektivdə iqtisadiyyatın əsas dayaqları sənaye istehsalı və yüksək əlavə dəyər yaradan xidmətlər olacaq”, - deyə nazir əlavə edib.