BAKI, 17 iyun. TELEQRAF
Biz Cənubi Qafqaz və Mərkəzi Asiyanı vahid iqtisadi məkan kimi görmək istəyirik.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Dialoqda çıxışı zamanı deyib.
O qeyd edib ki, İqtisadiyyatın şaxələndirilməsi Azərbaycan üçün yeni məqsəd deyil:
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması təkcə siyasi məsələ deyil:
“Bu, iqtisadi siyasətlər üçün də daha yüksək proqnozlaşdırıla bilənlik və sabitlik yaradır. Beləliklə, Azərbaycanın transformasiyasının bu mərhələsini əvvəlkilərdən fərqləndirən birinci və ən vacib amil regionda sülhün bərqərar olmasıdır. İkinci mühüm məqam makroiqtisadi və fiskal dayanıqlıqdır.
Azərbaycanda makroiqtisadi sabitlik uzun müddətdir təmin olunur. Lakin bu gün bizi fərqləndirən məsələ toplanmış maliyyə ehtiyatlarının miqyasıdır.
Ölkənin ehtiyatları artıq ÜDM-in həcmini üstələyir. Bu ehtiyatlar bizə dövlət infrastrukturunun modernləşdirilməsi mərhələsini başa vurduqdan sonra azad edilmiş ərazilərə iri həcmli investisiyalar yatırmağa imkan verib”.
Nazir əlavə edib ki, bu investisiyalar təxminən ÜDM-in 3 faizi həcmində birbaşa öhdəliklər deməkdir və bütün bunlar digər inkişaf prioritetlərini azaltmadan həyata keçirilib:
“Bu səbəbdən biz ehtiyatlara yalnız təhlükəsizlik yastığı kimi baxmırıq. Onlar bizə uzunmüddətli geri dönüşü olan layihələrə daha cəsarətli investisiyalar qoymağa imkan verir. İnfrastruktur layihələri məhz belə investisiyalardır”.