BAKI, 17 iyun. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Xaçmaz Dəmiryol Vağzalının 124 illik tarixi binasında əsaslı təmir və yenidənqurma işləri həyata keçirir.
Bu barədə Teleqraf-a qurumdan məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan vağzal binası orijinal memarlıq üslubu saxlanılmaqla kompleks şəkildə bərpa olunur.
Layihə çərçivəsində binanın tarixi görünüşünün qorunması ilə yanaşı, müasir tələblərə uyğun yenilənməsi və sərnişinlər üçün daha rahat şəraitin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Xaçmaz Dəmiryol Vağzalı Bakı–Yalama dəmir yolu xətti üzərində yerləşən ən mühüm nəqliyyat məntəqələrindən biri hesab olunur.