BAKI, 17 iyun. TELEQRAF
Mərkəzi Asiya-Cənubi Asiya enerji layihəsi (CASA-1000) layihəsi çərçivəsində Qırğızıstan və Tacikistanda istehsal olunan enerji Əfqanıstan və Pakistana ötürülür.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistanın maliyyə nazirinin birinci müavini Yusuf Məcidi İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı İnkişaf üçün Regional Enerji Əlaqələri” tədbirində çıxışı zamanı deyib.
“Iayihə üzrə müzakirələr başladığı zaman biz anladıq ki, bu təkcə elektrik enerjisi ticarəti layihəsi deyil. Bu, daha geniş bir platformadır – iki böyük regionu, Mərkəzi Asiya ilə Cənubi Asiyanı birləşdirən və inteqrasiyanı gücləndirən bir əməkdaşlıq mexanizmidir”, - deyə o əlavə edib.