BAKI, 17 iyun. TELEQRAF
Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizi üzrə ilkin mərhələdə Cəbrayıldan 1 giqavat enerji ixracı planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı İnkişaf üçün Regional Enerji Əlaqələri” tədbirində çıxışı zamanı deyib.
O.Zeynalov bildirib ki, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan dəhlizi üzrə isə texniki-iqtisadi əsaslandırma işlərinə başlanacaq və yaxın zamanda hökumətlərarası sazişin imzalanması nəzərdə tutulur:
“Bu dəhlizlər yalnız enerji deyil, eyni zamanda fiber-optik infrastruktur vasitəsilə rəqəmsal məlumat ötürülməsini də təmin edəcək. Gələcəkdə isə 2035-dən sonra yaşıl hidrogen daşınması da mümkün olacaq.
Bu layihələr yalnız enerji təhlükəsizliyini gücləndirmir, həm də regiona əlavə çeviklik, alternativ marşrutlar və təchizat diversifikasiyası təqdim edir”.