BAKI, 17 iyun. TELEQRAF

“Tərəfdaşları, investorları, maliyyə institutlarını və biznes liderlərini bu platformadan fəal istifadə etməyə, Azərbaycandakı imkanları araşdırmağa, yerli tərəfdaşlarla görüşməyə və müzakirələri konkret investisiya qərarlarına çevirməyə dəvət edirəm”.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumu 2026-nın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan biznes qurmaq, tərəfdaşlıq etmək və investisiya yatırmaq üçün cəlbedici, etibarlı və hazır bir məkandır:

“IsDB Qrupu, üzv ölkələr və özəl sektorla birlikdə bu imkanları uzunmüddətli tərəfdaşlıqlara çevirməyə hazırıq.