BAKI, 17 iyun. TELEQRAF
Hazırda qlobal islam maliyyəsi sənayesinin həcmi təxminən 4 trilyon ABŞ dolları səviyyəsində qiymətləndirilir.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) baş direktoru vəzifəsini icra edən Sami Əl-Suvaylem İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə 27-ci İDB Qlobal Forumu çərçivəsində deyib.
O qeyd edib ki, bununla müqayisədə, IsDB Qrupunun həcmi təxminən 40 milyard ABŞ dollarıdır:
“Beləliklə, ölçü baxımından qrup qlobal islam maliyyəsi sənayesinin cəmi 0,1 faizini təşkil edir. Lakin qrupun təsiri onun ölçüsündən qat-qat böyükdür.
IsDB Qrupu yaradıldığı gündən bəri 50 ildən artıq müddətdir sənayenin lideri olub və liderliyini davam etdirir. Bu isə göstərir ki, qrup liderliyini kəmiyyətlə deyil, keyfiyyətlə təmin edir”.