BAKI, 16 iyun. TELEQRAF

Qlobal halal ekosistemi dəyəri 2 trilyon dollar olan geniş və dayanıqlı inkişaf modelinə çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat” adlı tədbir çərçivəsində deyib:

“Azərbaycan bu yeni bazar arxitekturasına çıxış üçün əsas strateji qapı rolunu oynamağa hazırdır. Ölkəmiz əlverişli coğrafi mövqe, güclü dövlət dəstəyi və yüksək inkişaf potensialı sayəsində kənd təsərrüfatı investisiyaları üçün rəqabətli mühit təklif edir. Məqsədyönlü islahatlar və geniş subsidiya mexanizmləri nəticəsində aqrar və ərzaq sektorumuz mühüm inkişaf mərhələsinə qədəm qoyub”.