BAKI, 16 iyun. TELEQRAF
Ölkələr arasında normativ-hüquqi sənədlərin uyğunlaşdırılması həyata keçirilməlidir. Çünki sərhədlərarası investisiyalara baxdıqda, bəzən bir-birinə zidd olan əhəmiyyətli qanunvericilik fərqləri ilə qarşılaşırıq.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Azerbaijan Investment Outlook Forum 2026” adlı tədbir çərçivəsində deyib.
O qeyd edib ki, bu investisiyalar üçün maneə yarada bilər:
“Buna görə də qanunvericiliyin harmonizasiyası vacibdir. Bundan əlavə, sərhədlərarası investisiyalarla yanaşı, sərhədlərarası maliyyələşdirmə üçün əlavə alətlər də yaradılmalıdır. Əslində, regionumuzda həyata keçirdiyimiz fəaliyyətlər də məhz buna yönəlib”.