BAKI, 16 iyun. TELEQRAF
Azərbaycan investorlar üçün güclü fiskal əsaslarla və sübut olunmuş iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təklif edir. Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-dən də yüksəkdir.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Azerbaijan Investment Outlook Forum 2026” adlı tədbir çərçivəsində deyib.
Nazir qeyd edib ki, onlar ilin əvvəlindən 3,4%, illik müqayisədə isə 15% artıb:
“Bu ehtiyatların ümumi həcmi 88 milyard dollardır. Dünyada ən aşağı dövlət borcu səviyyələrindən birinə malik olmaqla yanaşı, bu göstəricilər iqtisadi sabitlik, investisiya etibarı və uzunmüddətli inkişaf üçün möhkəm əsas yaradır.
Bu fundamental göstəricilər aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən də tanınır və onlar Azərbaycanın suveren kredit reytinqini sabit və güclü olaraq qiymətləndirirlər”.