LƏNKƏRAN, 16 iyun. TELEQRAF
Hazırda ölkə üzrə 50 min hektar intensiv bağ sahəsi var. Sahə artdıqca daha çox meyvə əldə edilir və ixrac potensialı artır. Bu səbəbdən qarşıdakı dövrdə intensiv bağ sahələrinin genişləndirilməsi hədəflənib.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirədə çərçivəsində Teleqraf-ın Cənub bürosunun sualına cavabda deyib.
"İntensiv bağ dedikdə həm müasir suvarma, yəni damcılı suvarması tətbiq edilən, həm də müəyyən bir sxem üzrə əkilmiş və məhsuldarlığı yüksək olan bağ sahəsi nəzərdə tutulur. Bu gün ölkəmizin meyvə təminatı yüksək səviyyədədir. İxrac hədəfimizi isə böyüdə bilərik".