BAKI, 16 iyun. TELEQRAF
2026-cı ilin birinci rübündə xidmətlər balansının kəsiri 590 milyon dollar təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübü üzrə tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.
O qeyd edib ki, bu kəsir son dövrlərdə azalmaqdadır:
“Cari dövrdə ötən ilin müvafiq dövrünə nisbətən xidmətlər balansının kəsiri təxminən 21% azalıb. Kəsirin formalaşmasında əsas komponentlər neft-qaz sektrounda tikinti və digər xidmətlər olub. Lakin nəqliyyat xidmətlərində böyük profisitə nail olmuşuq. Belə ki, bu sahədə profisit 506 milyon dollar təşkil edib, Bu illik müqayisədə 51% çoxdur”.