BAKI, 16 iyun. TELEQRAF
Belə ki, dövrün sonuna ilkin gəlirlər balansında profisit 38 milyon dollara bərabər olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübü üzrə tədiyə balansının açıqlanmasına həsr olunan brifinqdə deyib.
O bildirib ki, dövr ərzində xarici ticarət balansı 2 milyard dollarlıq profisitlə yekunlaşıb:
“Bu dövrdə ixrac 5.9 milyard dollar, idxal isə 3.9 milyard dollar təşkil edib. Qeyri-neft-qaz ixracı ötən ilin müvafiü dövrü ilə
müqayisədə 9.5% artaraq 813 milyon dollar təşkil edib”.