BAKI, 9 iyun. TELEQRAF
2025-ci ilin dövlət büdcəsinin yol vergisindən gəlirləri 137 milyon 194 min manat, proqnozdan 10 milyon manat az olub.
Teleqraf xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Qeyd edək ki, büdcə proqnozlaşdırılan zaman yol vergisindən daxilolmalar 142,8 milyon manat gözlənilirdi.
Azərbaycan ərazisinə idxal olunan yanacağa və xarici dövlətlərdə qeydiyyatda olan avtomobillərin sahibləri tərəfindən dövlət büdcəsinə 44 milyon 20 min manat, 18,9% çox yol vergisi ödənib. Büdcə proqnozlaşdırılan zaman bu rəqəm 37 milyon manat nəzərdə tutulurdu.