BAKI, 2 may. TELEQRAF
Yaponiyanın "Taiyo Oil" şirkəti Yaxın Şərq xaricindəki təchizat mənbələrini şaxələndirmək səylərinin bir hissəsi olaraq 2025-ci ildən bu tərəfə ilk dəfə Rusiyadan neft alıb.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Taiyo Oil sözçüsünün sözlərinə görə, şirkət neft məhsullarının sabit tədarükünü təmin etmək üçün sosial məsuliyyət daşıyır. Bu məqsədlə, milli neft ehtiyatlarından istifadə edir və tədarükü şaxələndirmək üçün səylər göstərir.
Şirkət nümayəndəsi qeyd edib ki, sanksiyalar Saxalin Blend xam neftinin tədarükünə şamil edilmir.
"Kommersant" qəzetinin məlumatına görə, son illərdə Yaponiya neft tədarükünün 95%-ni Yaxın Şərqdən edir. Bu idxalın böyük hissəsi Hörmüz boğazı vasitəsilə reallaşdırılır.
2022-ci ildən bəri, Yaponiyanın enerji təhlükəsizliyi üçün vacib olan Saxalin-2-dən Rusiya neftinin idxalına güzəşt qüvvədədir. "Taiyo Oil" şirkəti sonuncu dəfə Rusiya neftini 2025-ci ilin iyun ayında alıb.