BAKI, 11 mart. TELEQRAF

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqondan ibarət növbəti taxıl partiyası yola salınıb.

Teleqraf xəbər verir ki, 1023 ton taxılla yüklənmiş qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətinə göndərilib.

***

08:49

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqondan ibarət növbəti taxıl partiyası göndərilir.

Teleqraf xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 1023 tondur.

Yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək.

Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə martın 9-da Azərbaycandan tranzit keçməklə Ermənistana 488 ton Rusiya taxılını daşıyan 7 vaqondan ibarət yük qatarı yola salınıb.

İndiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.