BAKI, 4 mart. TELEQRAF

"Azərbaycan Xəzər Dəniz Gəmişiliyi" QSC-nin (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə növbəti kupon ödənişləri olub.

Teleqraf quruma istinadən xəbər verir ki, istiqrazlar sahiblərinə ümumilikdə 4,5 milyon ABŞ dolları qazandırıb.

Faiz ödənişlərinin 3 milyonu 2023-cü il mrtın 3-də dövriyyəyə buraxılan ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazlar, 1,5 milyonu isə 2024-cü il fevralın 23-də dövriyyəyə buraxılan ümumi məbləği 50 milyon ABŞ dolları həcmində olan istiqrazların payına düşüb.

Faiz ödənişləri investorların bank hesablarına artıq köçürülüb.

Qeyd edək ki, hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan “ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6% gəlirliliklə emissiya edilib.