BAKI, 3 mart. TELEQRAF
Azərbaycan Dəmir Yolları (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatının artacağını nəzərə alaraq Bakı–Qazax–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Qurumdan Teleqraf-a verilən məlumata görə, əlavə reyslər 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətdə təşkil olunacaq.
Bununla yanaşı, qeyd olunan günlərdə sözügedən marşrut üzrə mövcud ənənəvi qrafik də qüvvədə qalacaq.
Sərnişinlər biletləri dəmiryol kassalarından, rəsmi internet səhifəsindən və “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.