BAKI, 2 mart. TELEQRAF

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda Avropada təbii qazın qiyməti 20% artıb.

Teleqraf xəbər verir ki, Niderlanddakı TTF mərkəzində aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün təxminən 470 dollara və ya MVt/saat üçün 38,67 avroya yüksəlib.

Beləliklə, Avropada qazın qiyməti yanvarın sonundan bəri ən yüksək səviyyəyə çatıb.