BAKI, 2 mart. TELEQRAF
Azərbaycan Dəmir Yolları (ADY) sərnişin tələbatının artmasını nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, əlavə reyslər 7 və 9 mart tarixlərində hər iki istiqamət üzrə həyata keçiriləcək.
Bildirilib ki, həmin reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi internet səhifəsindən və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, Bakı–Qazax–Bakı marşrutu üzrə qatar səfərləri gündəlik əsasda təşkil olunmağa davam edir.