BAKI, 2 mart. TELEQRAF
Yaxın Şərqdə gərginliyin artması fonunda Brent markalı neftin qiyməti ICE birjasında 81 dollar həddini ötüb.
Teleqraf xəbər verir ki, ticarət məlumatlarına əsasən, həftənin əvvəlində Brent neftinin fyuçersləri 12,2% bahalaşıb.
Məlumata görə, neftin qiyməti 81,79 dollar (+12,24%) səviyyəsində ticarət olunub. Bu, 23 iyun 2025-ci ildən bəri ilk belə göstəricidir.
Saat 02:16-da isə artım tempi bir qədər zəifləyib və qiymət 79,4 dollar (+9,02%) olub.